Mariupol merinin müşaviri deyir ki, şəhərdə 20 min dinc sakin həlak olub

Rusiya hərbçilərinin blokadaya aldığı Mariupol şəhərində humanitar fəlakət yaşanır. Şəhər merinin müşaviri Petr Andryuşşenko bildirib ki, Rusiya hücumu qurbanlarının sayı 20 minə yaxınlıb.

 

“Bizdə ölən mülki şəxslərlə bağlı həqiqətə uyğun olmayan məlumatlar var, çünki onlar polisdən qəbul edilir, tibb müəssisələri ilə razılaşdırılır. Ölənlərin çoxunun qeydiyyatı aparılmayıb. Əgər blokada indi bitsə və heç olmasa bu insanların axtarışına başlaya bilsək, indiyə qədər olan qurbanların sayı 20 minə yaxın olacaq. Ancaq yaxın günlərdə blokada bitməsə, bu rəqəm 350 minə yaxınlaşacaq” – deyə, Mariupol rəsmisi bildirib.

 

Basta