Rusiya Avropa Şurasından çıxarıldı
Bu gün səhər növbədənkənar iclasında Nazirlər Komitəsi Avropa Şurasının Nizamnaməsinin 8-ci maddəsinə uyğun olaraq başlanmış prosedur çərçivəsində Rusiya Federasiyasının Avropa Şurasının üzvlüyünün dayandırılması barədə qərar qəbul edib.
Bu haqda Şuranın saytında məlumat verilib.
Rusiya 1996-cı il fevralın 28-də Avropa Şurasına üzv olub.
“Biz Ukrayna xalqını işğalçıya qarşı mübarizəsində dəstəkləmək, yardım və hüquqi vasitələrlə təmin etmək, ədalətə və beynəlxalq əməkdaşlığa əsaslanan sülhə nail olmaq üçün səylərimizi davam etdirmək üçün əlimizdə olan bütün vasitələrdən istifadə etməkdə qərarlıyıq”, – deyə təşkilat bildirib.
Bundan əvvəl Rusiya özünün xaric edilməsinin labüdlüyünü dərk edərək, qurumdan çıxmaq üçün Strasburqa ərizə təqdim etmişdi.
Basta