Osman Kazımov: “Azərbaycan hakimiyyətinin iki yolu var”

“Azərbaycan hakimiyyətinin iki yolu var. Ya ölkədə həqiqi islahatlar, demokratik seçki keçirib insan hüquq və azadlıqlarına əməl edir, siyasi dustaqları azad edir, sərbəst toplaşma azadlığını təmin edir, ya da konstitusiyanın verdiyi imkandan yararlanaraq hakimiyyəti təhvil verir. Başqa çıxış yolları yoxdur”.

 

Bunu Müsavat başqanının müavini Osman Kazımov özünün feysbuk səhifəsində yazıb.

 

“Bütün məmurların bunu dərk etməsi zəruridir. Avropa parlamentinin son qərarının erməni lobbisi ilə heç bir baglılığı yoxdur. Bu qərar Rusiyanın Ukraynaya təcavüzü ilə bagll Azərbaycanın tutduğu mövqeyə görə İlham Əliyevə sarı vərəqədir. Blinkenin təşəkkür sözünü isə bayraq etmək mənasızdır. Əslində, Blinken Əliyevə ciddi xəbərdarlıq etdi” – deyə, Osman Kazımov vurğulayıb.

 

Müsavat yetkilisinin fikrincə, Rusiya prezidenti Vladimir Putin müharibəni uduzub, Rusiya dünyadan təcrid olundu.

 

“Putin cinayətkar elan olundu. Rusiyanın geriyə dönüşü yoxdur. Hətta atəş dayandırılsa belə sanksiyalar Rusiyada siyasi sistem dəyişməyincə qaldırılmayacaq. Rusiya artıq fəlakətdə… AXC-MÜSAVAT cütlüyü sayıqlaması heç nəyi dəyişmir. Başına çarə qıl. Bataqlıqdasan.” – deyə, Osman Kazımov əlavə edib.

 

Basta