Mariupolda küçə döyüşləri gedir
Ukraynanın Mariupol şəhərində küçə döyüşləri gedir. Bu haqda “Nasoyaşeye Vremya” məlumat yayıb. Rusiyanın “Ria Novosti” agentliyi isə şəhərin yarısının artıq Rusiya hərbçilərinin əlinə keçdiyini açıqlayıb.
Ukraynanın Azov polku şəhəri işğaldan xilas etmək üçün ölüm-dirim savaşı aparır.
Rusiyanın işğal etdiyi Sevastopol şəhərinin Kreml tərəfindən təyin olunan qubernatorunun bildirdiyinə görə, Rusiyanın Qara Dəniz Donanması komandirinin müavini Ukraynanın Mariupol liman şəhəri yaxınlığındakı döyüşdə həlak olub.
“1-ci dərəcəli kapitan Andrey Nikolayeviç Palıy [Mariupol yaxınlığında] döyüşlərdə həlak olub” – deyə, Mixail Razvojayev Telegram kanalında bildirib.
Rusiya Hərbi Dəniz Qüvvələri məlumatla bağlı şərh verməyib.
Qeyd edək ki, Rusiya hərbçiləri artıq 3 həftədir Mariupol şəhərini mühasirədə saxlayır, davamlı bombardmanlar nəticəsində şəhərin minlərlə dinc sakini həlak olub.