Navalnıya 9 il həbs cəzası verildi

Moskvanın Lefortovo Məhkəməsinin qərarı ilə rusiyalı müxalif siyasətçi Aleksey Navalnı dələduzluq və məhkəməyə hörmətsizliklə bağlı yeni iş üzrə ciddi rejimli koloniyada 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

Hökm Navalnının  cəza çəkdiyi Vladimir vilayətinin Pokrov şəhərindəki 2 saylı koloniyada keçirilən  məhkəmə iclasında elan edilib. Məhkəmə həmçinin Navalnıya 1,2 milyon rubl cərimə cəzası kəsib.

 

 

Basta