Britaniya Ukraynaya 6 min raket verəcək

Britaniya Ukraynaya 6 min raket və Ukrayna ordusu üçün 25 milyon funt-sterlinq (29 milyon avro) verəcək.

 

Bu haqda Britaniya hökuməti məlumat yayıb. Bildirilir ki, naş nazir Boris Conson bu gün NATO və G7 liderlərinin görüşlərində dəstək paketini elan edəcək.

 

Yeni raket paketi Britaniyanın müdafiə məqsədi ilə öldürücü yardımını ikiqat artırır və cəmi 10.000 raket təşkil edir. Və ümumi maliyyə dəstəyi humanitar və iqtisadi yardım da daxil olmaqla 400 milyon funt-sterlinqə çatdı.

 

Böyük Britaniya, həmçinin Rusiya və Ukraynada dezinformasiyaya qarşı mübarizə üçün BBC-yə əlavə 4,1 milyon funt sterlinq verəcək.

 

Basta