Mariupolda müqavimət davam edir

Rusiya ordusunun işğal etməyə çalışdığı Mariupol şəhərində müqavimət davam edir.

 

Azov polkunun teleqram kanalında yayılan məlumata görə, ötən sutka ərzində Ukrayna hərbçiləri  5 yük maşını, 2 piyada döyüş maşını sıradan çıxarıb,  1 desant maşınına ziyan dəyib, iyirmidən çox rusiyalı hərbçi öldürülüb.

 

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Kiyev istiqamətində uğurlu əks hücümlar nəticəsində Rusiya ordusunun tədricən geri oturdulduğunu bildirib.

 

Basta