Bu müharibənin ən dəhşətli kadrları – Foto 18+
Buça. Kiyev ətrafı. Bu müharibənin ən dəhşətli kadrları. Rus qoşunları Kiyev bölgəsini tərk etdi. Geridə qoyduqları isə budur.
3 aprel 2022-ci il
Rus qoşunları Kiyev vilayətini tərk edib. Bundan sonra bütün dünya onların geridə qoyduqlarını gördü: yandırılmış şəhərlər və qəsəbələr – yollarda uzanmış onlarla mülki şəxsin cəsədləri (qurbanların dəqiq sayı hələ müəyyən edilməyib). Buçada əlləri bağlı cəsədlər tapılıb. Şəhər meri Buçanın “cəsədlərlə dolu” olduğunu bildirib. Onun sözlərinə görə, insanlar başının arxasından güllə ilə öldürülüb. Motıjin kəndində icma rəhbəri Olqa Suxenkonun və onun qohumlarının cəsədləri kütləvi məzarlıqda tapılıb. Kiyev vilayətində magistrallardan birinin kənarında fotojurnalistlər çılpaq qadınların cəsədlərini görüblər. Meduza rus hərbçilərinin getdiyi Kiyevətrafı qəsəbələrdən – bu müharibənin ən dəhşətli kadrlarını dərc edib.