Ağdam və Ağcabədinin bəzi kəndlərinin əkin sahələrində sel təhlükəsi
Son günlər havanın yağmurlu keçməsi, dağ massivinə qar yağmağı Qarqar çayına sel sualarının gəlməyinə səbəb olub.
Belediyye.net Trend-in məlumatına istinadən yazır ki, çay yatağında sel sularının artma ehtimalı Ağdam və Ağcabədinin bəzi kəndlərinin əkin sahələrində sel təhlükəsi riskini artıra bilər. Təkcə Ağdam rayonunun Əfətli və Evoğlu kəndlərinin 1400 hektara qədər əkin sahəsini sel suyu vura bilər.
Kənd sakinlərinin sözlərinə görə suyunun qarşısını almaq üçün artıq bəndlər uçurulub. Beləliklə də Qarqar çayında məcrasından çıxan su yenidən Qarqar çayına yönləndirilir.
Kənd sakinləri onu da qeyd edib ki, sel sularının işğaldan azad olan ərazilərdən partlamamış hərbi sursatlarıda gətirmə ehtimalı var.
Minaların gəlmə ehtimalı isə yerli sakinlərlə yanaşı çay yataqlarında fəaliyyət göstərən daş karxanalarında çalışan fəhlə və sürücülər üçün həyati təhlükə yarada bilər.
Belediyye.net