Buça: NYT rusların velosipedçini necə öldürdüyünə dair video yayımladı

 

Buçada rus işğalçıları tərəfindən velosipedçinin öldürülməsinin videosu yayılıb. Şöhbət son günlər dünyada mediasında dərc edilən və hər kəsin ürək ağrısı ilə izlədiyi fotodakı velosipedçinin öldürülməsindən gedir.

 

Martın əvvəlində Ukrayna hərbçiləri tərəfindən çəkilmiş və New-York Times tərəfindən müstəqil şəkildə təsdiqlənmiş videoda velosipedçinin Buçanın Vokzalnaya küçəsi ilə necə hərəkət etdiyi, sonra  rus əsgərlərinin işğal etdiyi Yablonskaya küçəsinə necə döndüyü göstərilir.

 

Velosipedçi döngəni dönən kimi rus zirehli maşını yolun hərəkət hissəsinə iriçaplı silahdan velosipedçiyə doğru iki atəş açır. O istiqamətdən toz və tüstü qalxır.

 

 

Ruslar Buçadan çıxdıqdan sonra cəsəd New-York Times tərəfindən təsdiqlənən ikinci videoda velosipedin yanında dəqiq həmin yerdə lentə alınıb.

 

Havadan çəkilişlərdə Rusiyanın həmin zirehli texnikası  100 mm-lik top və 30 mm-lik gülləatanla  təchiz olunmuş BMD-4-lərə bənzəyir.

 

Həm eyni küçədə, həm də kəsişmə boyunca yerləşən bloklarda atəş açan iki maşının yanında 20-dən çox Rusiya hərbi maşını yerləşir.

 

Vodoprovodnaya küçəsində zirehli texnika kolonunun dayandığı da görsənir.

 

Basta