Ruslar Qara dənizdə xarici gəmilərə hücum etdi – birində Türkiyə vətəndaşları var
Rusiyanın hərbi donanması Mariupol limanında yerləşən xarici gəmilər atəşə tutmaqda davam edir.
Bu haqda Mariupolda müqaviməti davam etdirən Azov polkunun teleqram kanalında məlumat yayılıb.
Bildirilir ki, Mariupol yaxınlığında Dominikan Respublikasının bayrağı altında üzən mülki gəmi Rusiya qoşunları tərəfindən atəşə tutulub. Ekipaj üzvlərindən biri yaralanıb, Azov alayının döyüşçüləri ekipaja və zərərçəkənə yardım edib. Atəş nəticəsində gəmi alovlanaraq suya batıb.
“Bundan əlavə, Maltadan iki gəmi və Yamayka və Liberiyadan isə bir gəmi hazırda blokada olan Mariupol limanındadır. Gəmilərdən birində Türkiyə vətəndaşları var” – deyə, məlumatda bildirilir.
“İşğalçıların başqa dövlətlərin bayraqları altında üzən gəmilərə hücumlarına dünyanın reaksiyasını gözləyirik” – deyə, məlumatda qeyd edilir.
Qeyd edək ki Dardanel Boğazı fevralın 28-də Rusiya və Ukraynanın hərbi gəmiləri üçün qismən bağlanıb. Müharibə 24-də başlayıb, yəni Rusiyanın ora hərbi gəmiləri gətirmək üçün 4 gün vaxtı olub. Başqa bir müddəaya görə, Türkiyə gəmilərin öz limanına qayıtmasını əngəlləyə bilməz. Yəni, məsələn, Şimal dənizində olan Rusiya gəmisi Soçi limanına qeydiyyatdadırsa, Türkiyə onu Qara dənizə buraxmaya bilməz. Müşahidəçilərin fikrincə, Rusiya qeyri-şəffaf ölkə olduğu üçün istənilən dənizdə olan gəminin Soçi limanına qeydiyyat sənədini düzəldə bilər.
Basta