Bayden Ukraynaya operativ dəstək verə biləcək – Senat səlahiyyət verdi
ABŞ Senatı çərşənbə günü axşam saatlarında yekdilliklə İkinci Dünya Müharibəsi qəbul edilmiş lend-liz adlanan proqramın bərpası haqqında qanun qəbul edib. Bu proqram prezident Co Baydenə Rusiyanın işğalı fonunda Ukraynaya silah və digər ləvazimatları daha effektiv şəkildə göndərməyə imkan verəcək.
Bu barədə “Politico” xəbər verir.
İkinci Dünya Müharibəsi zamanı sınaqdan keçirilən bu proqram müharibənin gedişində dönüş nöqtəsi hesab olunur, çünki o, ABŞ-a vaxt aparan prosedur maneələri olmadan müttəfiqlərini tez bir zamanda təchiz etməyə imkan verirdi.
Bu qərar hərbi texnikanın və digər zəruri ləvazimatların Ukraynaya təhvil verilməsini sürətləndirəcək.
Basta