Müsavat Divanının gündəliyi
Aprelin 11-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə qərarların icrası ilə məlumat dinlənilib. Müşavirələrin və rayon təşkilatlarında hesabat-seçki iclaslarının keçirilməsi ilə bağlı tapşırıqlar verilib.
Daha sonra Qarabağdakı durum və Brüsseldə Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan dövlət başçılarının apardığı danışıqların nəticəsi müzakirə edilib. Qeyd edilib ki, danışıqlar prosesinin Rusiyanın nəzarətindən çıxması Azərbaycanın maraqlarına uyğundur.
Rusiyanın Donbass istiqamətində Ukraynaya hücumunun növbəti mərhələsi barədə məlumatlar dinlənilib. Ukraynada gedən müharibə fonunda regionda və dünyada baş verən qeo-politik dəyişikliklərlə bağlı fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlər müzakirə olunub.
Basta