Mərkəzi Bankın sədri Elman Rüstəmov vəzifədən azad edildi
Parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi aprelin 11-də Azərbaycan prezidentinin Elman Rüstəmovun Azərbaycan Mərkəzi Bankının sədri vəzifəsindən azad edilməsi haqqında təqdimatını təsdiq edib və bu məsələni Milli Məclisin iclasında müzakirə etməyi tövsiyə edib.
Bu, o deməkdir ki, Rüstəmov 27 ildir tutduğu AMB-nin idarə heyətinin sədri vəzifəsini tərk edir.
Eyni zamanda, parlament komitəsi prezidentinn Taleh Kazımovun AMB-nin idarə heyətinin üzvü təyin edilməsi haqqında təqdimatını dəstəkləyib. Çox güman ki, bu idarənin yeni sədri də Kazımov olacaq.
Hazırda Kazımov “PAŞA Bank” ASC-nin idarə heyətinin sədri və baş direktoru vəzifəsində işləyir.
Qanunvericiliyə əsasən, AMB sədrini ölkə prezidenti idarə heyəti üzvləri arasından təyin edir.