Arif Hacılı: “Azərbaycanın Ukraynadakı səfiri dəyişdirilməlidir”

Müsavat Partiyasının başqanı Arif Hacılı Azərbaycanın Ukraynadakı səfirinin dəyişdirilməsi təklifi ilə çıxış edib.

 

“Dünya dövlətlərinin səfirlikləri Kiyevə qayıdır. Türkiyə öz səfirliyinin fəaliyyətini Ukrayna paytaxtında bərpa edən ilk dövlətlərdən biri oldu. Azərbaycan səfirliyi nə zaman Kiyevə dönəcək? Azərbaycan üçün strateji tərəfdaş olan, müharibədən sonrakı yeni dünya düzənində çox mühüm rol oynayacaq bir ölkədə vəzifəsini yerinə yetirməməsini qadın olması ilə izah edən bir şəxsin görəvdə saxlanması yolverilməzdir” – deyə, Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.

 

Müsavat başqanı qeyd edib ki, Azərbaycanın Ukraynadakı səfiri çevik, cəsur, təcrübəli bir diplomatla əvəz olunmalı, səfirliyin Ukrayna paytaxtında fəaliyyəti dərhal bərpa edilməlidir.

 

Basta