Bakıda polis mayoru nişanlısını öldürüb intihar etdi

 

Nərimanov rayonunda polisin nişanlısını öldürüb, daha sonra intihar etməsi ilə bağlı cinayət işi başlanılıb.

 

Bu barədə Oxu.Az-a Baş Prokurorluğun Mətbuat Xidmətinin prokuroru Aynur Əfəndiyeva bildirib.

O əlavə edib ki, faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) və 125-ci (Özünü öldürmə hədinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

 

1989-cu il təvəllüdlü, polis mayoru Tural Akif oğlu Aslanov Xəzər Rayon Polis İdarəsində müstəntiq kimi fəaliyyət göstərib.