Polşa Ukraynaya 200 tank verib

 

Polşa Ukraynaya 200-dən çox T-72 tankı və onlarla piyada döyüş maşını göndərib.

 

Bu haqda Polşa müdafiə nazirinin köməkçisi Voytsex Skurkieviç məlumat verib: “Hökumətin Ukrayna tərəfinə hərbi yardımla bağlı qərarına əsasən, artıq 7 milyard zlot (1,5 milyard avro) dəyərində texnika göndərilib.”

 

 

Polşa Radiosunun məlumatına  görə, bundan əlavə, Ukraynaya 2S1 “Qvozdika” özüyeriyən haubitsaları, “Qrad” reaktiv yaylım atəşi sistemləri, MiQ-29 və Su-27 təyyarələri üçün “hava-hava” raketləri verilib.

 

Ukrayna  Polşadan  WB Electronics dronları, Warmate dronları, zenit-raket kompleksləri və böyük həcmdə döyüş sursatları da alıb.

 

Həmçinin, Çexiya artıq T-72 tanklarını Ukraynaya təhvil verib.