“Qazaxın işğalda olan 7 kəndi qaytarılacaq” – Nazir müavini

“Qazaxın 7 kəndi və Kərkinin qaytarılması delimitasiya prosesinin tələbinə uyğun aparılacaq”. Bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

 

O, qeyd edib ki, bu ərazilərin Azərbaycanın tərkibinə keçməsi ilə bağı məsələ aparılan danışıqlar nəticəsində həllini tapacaq.

 

Nazir müavini, eyni zamanda vurğulayıb ki, Ermənistanla sülh danışıqları Azərbaycanın 5 maddəlik təklifi əsasında aparılacaq.

 

X. Xələfovun sözlərinə görə, Brüssel görüşündən sonra belə bir qənaət var ki, Ermənistan tərəfi sülh sazişinə və delimitasiya prosesinə başlamağa razılıq verib: “Bu istiqamətdə səylər davam etdirilir”.

 

APA