Fərhad Əhmədovun dəbdəbəli yaxtası Avropada həbs olundu – FOTO

 

 

Almaniyanın Federal Kriminal Polis İdarəsi milyarder Fərhad Əhmədovun 115 metrlik “Luna” yaxtasını həbs edib.

 

Almaniyanın “Süddeutsche Zeitung” nəşrinin məlumatına görə F.Əhmədovun yaxtasının dəyəri 400 milyon avro (718 milyon manatdan çox) qiymətləndirilir.  Xatırladırıq ki, bu ilin martında Azərbaycan əsilli rusiyalı milyarder Böyük Britaniyanın sanksiyalar siyahısına daxil edilib.

 

O da məlumdur ki, “Luna” rusiyalı milyarder Roman Abramoviçin sifarişi ilə tikilib və Fərhad Əhmədov onu 2014-cü ildə alıb.

 

Xatırladaq ki, bir vaxtlar F.Əhmədovla arvadı Tatyana arasında qalmaqallı boşanmanın mərkəzində məhz bu yaxta dayanmışdı və gəmiyə hücum etmək üçün xüsusi təyinatlılar cəlb edilmişdi.

 

 

Foto:AXEL HEIMKEN/AFP

 

1news.az