Əl-ələ tutmaq olmaz! Türkmənistanda onlarla cütlük saxlanılıb
Türkmənistanda onlarla cütlük sadəcə ictimai yerlərdə əl-ələ tutduqlarına görə saxlanılıb. Polis onları ənənəvi adət-ənənələri pozmaqda ittiham edib. Həbslər qadınlara təzyiqlərin artması fonunda baş verir.
Türkmənistanın Marı şəhərində onlarla cütlük “ictimai prinsipləri” pozduqları üçün saxlanılaraq əlləri qandallı polisə aparılıb. Qanun pozuntusu onların ictimai yerdə əl-ələ tutması ilə izah olunub.
“Həyat yoldaşımla evdən çıxdıq. Yanımızda polis maşını dayandı və məmurlar həyat yoldaşıma və mənə dedilər ki, onların avtomobilinə minib izahat vermək üçün polis bölməsinə getməliyik”, – Marı sakini deyir. “Hərəmizi bir otağa saldılar və ayrı-ayrılıqda dindirdilər”.
O, qanuni nikahda olduğunu sübut etmək üçün, qohumlarına zəng edərək, onlardan nikah şəhadətnaməsi və pasportunu gətirmələrini istəyib. Buna baxmayaraq, polis cütlüyə ənənəvi türkmən dəyərlərinə dair mühazirə dinləməyi əmr edib.
Adının çəkilməsini istəməyən sakin bildirib ki, polisin Meri küçələrində oxşar “cinayət” törətdiyinə görə daha bir neçə nəfəri saxlayıb.
“Azadlıq” radiosunun Türkmənistan bölməsi olan “Radio Azatlyk” Marı çəhərində polis tərəfindən mühazirə dinləməyə məcbur edilən neçə başqa sakini ilə danışıb.
Saxlanılan qadınlardan biri deyib ki, mühazirə “əsasən qadınlara ünvanlanıb”.
Onun dediyinə görə, mühazirəçilər – polis məmuru və naməlum məmur auditoriyadakı qadınları “həyasızcasına makiyaj etməkdə” və “kişilərlə əl-ələ verərkən ədəb-ərkanı pozmaqda” ittiham edib.
Qadın mühazirənin məzmununu belə ifadə edib: “Dedilər qədimdə analarımız başı açıq gəzmirdilər, əvvəllər etiketin ilk əlaməti üzünü örtmək idi. Gəlinlər, hətta qayınata və ərin qardaşları ilə danışmır, onlarla ancaq uşaqlar vasitəsilə ünsiyyət qura bilərdilər”.
Qadın bildirib ki, saxalanılanlar bir daha sevgi nümayiş etdirməyəcəklərini bildirən kağızı imzaladıqdan sonra sərbəst buraxılıblar. Polis təkrar pozuntu halında ciddi problemlərin olacağı ilə bağlı xəbərdarlıq etsə də, hansı ittihamın irəli sürüləcəyi və hansı cəzanın ola biləcəyini açıqlamayıb.
Əhalinin əksəriyyəti müsəlmanlardan ibarət olan Türkmənistanda ictimai yerlərdə əl-ələ tutmaq rəsmən qadağan edilməyib.
Əvvəllər parkdakı skamyalarda bir yerdə oturan gənc cütlüklərə polisin yaxınlaşıb sənədlərini yoxlaması adi hal sayılıb.
Basta