Xankəndidən Ermənistana daha 4 xəstə aparıldı

Yanvarın 16-də Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə müxtəlif növ xəstəlikləri olan daha 4 xəstə Xankəndidən Ermənistana aparılıb. Xəstələr arasında hamilə qadın da var. Bu barədə News.am məlumat verib.

Beləliklə, Qarabağın işğal altında olan hissəsindən Ermənistana aparlan xəstələrin sayı 28-ə çatıb.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 35 gündür davam edir.

Basta