Qazilərdən sərt etiraz – Video
Qarabağ müharibəsinin bir qrup veteranı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında etiraz aksiyası keçirib.
Onların şikayəti əlillik və sosial yardımların alınması ilə bağlı olub. Veteranlar nazir Sahil Babayevin onların qarşısına çıxmasını və problemlərini həll etməsini tələb ediblər.
Etiraz cavabı alan veteranlar qəbul otağına giriblər, burada iğtişaş baş verib.
Öz növbəsində, Əmək Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsi veteranların tələbinin əlilliyin qiymətləndirilməsi ilə bağlı olduğunu təsdiq edib.
“Hər bir müraciət qeydiyyata alınıb və araşdırılaraq nəticəsinə uyğun tədbirlər görüləcək”, deyə Nazirlikdən bildiriblər.
Mənbənin məlumatına görə, bəzi veteranlar qəbul şöbəsində qanunazidd hərəkətlər törədiblər, buradakı kompüter avadanlıqlarını, giriş qapısını, turniketi sındırıb, dövlət əmlakına ziyan vurublar. “Bununla əlaqədar da tədbirlər görüləcək”, deyə Nazirlikdən qeyd ediblər.
***
Sosial şəbəkələrdə Qarabağ qazilərinin Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində sərt etirazını əks etdirən video yayılıb.
İctimai fəal Bəxtiyar Hacıyev özünün feysbuk səhifəsindəki paylaşımında nazirlikdə gərginliyin davam etdiyini bildirib: “Az öncə Əmmək nazirliyindəki vəziyyət. Qazilər və şikayətçilər hələ buradadır, gərginlik davam edir. Qaziləri bu həddə çatdırmaq qırmızı xəttdir!”
Basta