Ağsuda Müsavat fəalı həbs edilib

Müsavat Partiyası Ağsu rayon təşkilatının üzvü, son seçkilərdə Agsudan deputatlığa namizəd olmuş Zabit Bədəlov Ağsu Rayon Məhkəməsinin qərarı ilə 8 sutka həbs cəzasına  məhkum edib.
Həbs olunmazdan əvvəl Zabit Bədəlov özünün feysbuk səhifəsində Müsavat partiyasının üzvü olduğuna görə təzyiqlərlə üzləşdiyini yazıb:
“Mənim bəzi banklara kredit borcum olduğuna görə Ağsu rayon Məhkəməsinin Qərarına əsasən məcburi qaydada Ağsu rayon İcra və Probasiya şöbəsinə aparmaq məqsədi ilə Ağsu rayon polis şöbəsinin əməkdaşları qapıya gəlmişdilər. Mən də onlarla polis şöbəsinə getdim. 15-20 dəqiqədən sonra məni şöbədən buraxdılar. Amma səhər saat 10-00 da Ağsu rayon İcra və Probasiya şöbəsində olmağımı bildirdilər. Məhkəmənin hakimi Anar Əsgərov icra məmurunun təqdimatına əsasən 18/03-2022-ci ildə məhkəmə iclası keçirilməsi barədə mənə bildiriş göndərməyib. Qərardadda yazıb ki, məhməhkəməyə çağrılmağıma baxmayaraq, guya məhkəməyə gəlməmişəm. Halbu ki, mənə məhkəmədə nə vaxt olmağım barədə məlumat verməyib. Hətta icra məmuru mənə bildiriş ünvanlamayıb. Amma məhkəməyə təqdimat verib ki,mən guya icra məmurunun çağrışına getməmişəm. Mən 30 mart 2022-ci ildə məhkəmə qərarın alıb məhkəməyə yazılı etraz məktubu göndərmişəm. Məndən Müsavatçı olduğumu soruşurlar. Mən Şəki İnzibati Məhkəməsinin 27 iyun 2018-ci il tarixdə Müdafə Nazirliyinə qarşı qaldırdığım iddianı təmin etməsi nəticəsində 4 ildir ki, nazirlikdən kompensasiyanı ala bilmirəm. Bu barədə sonuncu dəfə cənab Fuad Ələsgərova müraciət etmişəm. Bildirmişəm ki, Bakı şəhər Səbail rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vasif Həsənov qərarın icrasın Müdafiə Nazirliyindən tələb etmir. Mən 2020-ci ilin saxta deputat seçkilərində iştrak etdiyim və Müsavat Partiyasının üzvü olduğum üçün məni sıxırlar. Səhər yəqin inzibati qaydada həbsimədə hazırlıq gedir. Amma məni kimsə bu yoldan döndərə bilməz”.
Müsavat Partiyasının mətbuat xidməti Zabit Bədəlovun həbsini qanunsuz sayır və onun dərhal azadlığa buraxılmasını tələb edir.
Basta