Rusiya generalı Roman Kutuzov Ukraynada öldürüldü – Rəsmi

Rusiyalı general-mayor Roman Kutuzov Ukraynanın şərqində gedən döyüşlərdə həlak ooub. Onun ölümü ilə bağlı ilk məlumatı rusiyalı jurnalist Aleksandr Sladkov  verib.

Sladkovun teleqram kanalındakı bildirilib ki, Kutuzov “tabeliyində olanları hücuma apararkən” ölüb.

“Novorossiya milisindən xəbərlər” teleqram kanalı da Kutuzovun Luqansk vilayətinin Popasna yaxınlığındakı Nikolaevka kəndində öldüyü barədə məlumat yayıb.

İyunun 5-də gecə saatlarında Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı rusiyalı generalın öldürüldüyünü təsdiqləyib. Rəsmi məlumatda bildirilib ki, Rusiya qoşunları Nikolaevka və Beloqorovka bölgələrində “hücum əməliyyatları” həyata keçirib və “insan qüvvəsi və texnikasında əhəmiyyətli itkilər” verib.

 

Basta