Lavrovu Serbiyaya buraxmadılar

Bazar günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov Belqrada iki günlük səfərini ləğv etmək məcburiyyətində qalıb. Buna səbəb Monteneqro, Bolqarıstan və Şimali Makedoniyanın Rusiyanın təyyarəsini onların hava məkanından buraxmaqdan imtina etməsi olub.

BBC-nin məlumatına görə, Serbiyaya səfər iyunun 6-7-nə planlaşdırılıb.

“Yalnız bu gün, bir saat əvvəl Serbiyanın qonşu ölkələri hava yolunu bağlayıb, Sergey Lavrovun Serbiyaya uçan təyyarəsinin uçuşunun qarşısını alıblar. Rusiya nümayəndə heyəti danışıqlar üçün Belqrada gəlməli idi”, – deyə,  Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bazar günü axşam İtaliyanın La7 telekanalının efirində deyib.

*Erməni əsilli Serqey Lavrov 2004-cü ildən Rusiyanın xarici işlər naziridir. Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibəyə başladıqdan sonra beynəlxalq birliyin sanksiyaları ilə üzləşib.

Basta