Arif Hacılı: “İstiqlala, ərazi bütövlüyünə nail olan xalq demokratık cəmiyyət qurmağa da nail olacaq”

Azərbaycan xalqının indiki nəslinin qarşısında üç böyük vəzifə var.

 

  • İstiqlal – Azərbaycanın Dövlət Müstəqillliyi;
  • Ərazi bütövlüyü – Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi;
  • Demokratiya – ölkədə hüquqi dövlətin, azad cəmiyyətin qurulması.

 

– Birinci vəzifə 90- cı illərin əvvəllərində Xalq Hərəkatı və 20 yanvar şəhidlərimizin qanı bahasına həyata keçirildi.

Müstəqillimizə nail olduq.

– İkinci vəzifə Azərbaycan Ordusunun şücaəti, Türkiyə Cümhuriyyətinin siyasi və mənəvi dəstəyi hesabına, minlərlə şəhidimizin qanı bahasına həll olunur.

Ərazi bütövlüyümüz təmin edilir.

– Üçüncü vəzifənin yerinə yetirilməsi – ölkədə hüquqi dövlətin, demokratik cəmiyyətin qurulması əslində əvvəkilərlə müqayisədə daha asan olacaq. Çünki, əsasən Azərbaycan xalqının iradəsindən asılıdır.

Bu vəzifəni də yerinə yetirəcəyik.

İstiqlala, ərazi bütövlüyünə nail olan xalq demokratık cəmiyyət qurmağa da nail olacaq. Buna heç şübhəniz olmasın.

 

P.S. Burada bir başqa məsələyə də münasibət bildirməyin yeri var idi, amma zamanı deyil.

O bunu düşünməsə də, BİZ bunu düşünürük. Hökmən cavab veriləcək, amma indi yox.

İndi Vətən Müharibəsinin içindəyik. Bütün diqqətimiz əsgərimizin qürurlu davranışına, ordumuzun zəfər yürüşünə, bu müqəddəs işə imkan daxilində yardımçı olmağa yönəlib!

 

Bu Vətən Bizimdir!

 

Yazı Müsavat Partiyasının başqanı Arif Hacılının feysbuk səhifəsindən götürülüb.