Belarusda etirazçılar hərbçiləri öpüb qucaqladı – FOTO

Belarusda prezident Aleksandr Lukaşenkonun istefası tələbilə etiraz aksiyaları davam edir. Avqustun 14-də axşam saatlarında minlərlə Minsk sakini Belarus hökumət evinin qarşısındakı Müstəqillik meydanına yürüş edib.

Etirazçıların qarşısını hərbçilər və OMON dəstələri kəsib. Lakin onlar qalxanlarını endirərək, etirazçılarla həmrəy olduqlarını ifadə ediblər. Etirazşılar bunu alqışlarla qarşılayıb və hərbçiləri öpüb qucaqlamağa başlayıblar.

Qeyd edək ki, avqustun 9-da Belarusda növbəti prezident seçkiləri keçirilib. Rəsmi nəticələrə görə Aleksandr Lukaşenko 80 faizə yaxın səs toplayıb. Lakin seçkilər kütləvi saxtakarlıq haqda məlumatlarla müşayiət olunub.

Basta