Müsavatçı gənc dənizdə boğulan qadını xilas etdi

Müsavat partiyasının fəal üzvlərindən biri olan Əziz Məmiyev dənizdə boğulan qadını xilas edib.

Sozcu.az xəbər verir ki, bu haqda Əziz Məmiyev özü məlumat verib.

“Səhər sübh çağı bulvar ərazisində idman edirdim. Qaçış etdiyim vaxtı təxminən saat 05:30 radələrində bulvardan dənizə düşən ərazidə qayaların üstündə yarıya qədər suyun içində olan və boğulmaq üzrə olan və köməksiz vəziyyətdə qalan qadın gördüm. Dərhal ərazidəki polislərə məlumat verdim”, deyə Əziz Məmiyev bildirib.

Qadını xilas etmək üçün suya girdik. Polislərlə birlikdə qadını sudan kənara götürərək, qayaların üstünə çıxartdıq.

Sonra Sahil Mühafizənin və Fövqəladə Hallar Nazirliyinin qayığı gəldi. Qadını qayığa qoyub xəstəxanaya yola saldıq.

Çox şükür ki, ölməmişdi. Gözləri baxırdı amma danışa bilmirdi”, deyərək məlumat verən müsavatçı gənc:” Çox dəhşətli hisslər idi”, -deyərək hisslərini əlavə edib.

 

Sozchu.az