Vəkili Əziz Məmiyevlə görüşdü: “Xəsarət izləri var”
Vəkil Osman Kazımov bu gün Binəqədi Müvəqqəti Saxlama Təcridxanasında Müsavat fəalı Əziz Məmiyevlə görüşüb.
Osman Kazımov müvəkkilinin saxlandığı vaxt və polis bölməsinə gətirilərkən fiziki təzyiqlə üzləşdiyini bildirib: “Sağ tərəfində xəsarət izi var. Maşından düşürülərkən döyüldüyünü, bölmə rəisinin müdaxiləsindən sonra ondan əl çəkdiklərini bildirir. Səhhəti normaldır, saxlanma şəraitindən şikayəti yoxdur. Qərarı alıb apelyasiya şikayəti təqdim edəcəm”.
Müsavat Partiyası Gənclər Təşkilatının idarə heyətinin üzvü Əziz Məmiyev Azərbaycanın quru sərhədlərinin bağlı saxlanması nəticəsində vətəndaşlarımızın üzləşdiyi çətinliklərə etiraz olaraq keçirilən dinc aksiyada həbs edilib.
Verilən məlumatlara görə Əziz Məmiyev polis bölməsinə aparılarkən və sonra fiziki təsirə məruz qalıb, ona işgəncə verilib.
Müsavat Partiyası Əziz Məmiyevin həbsini qanunsuz sayır və onun dərhal azadlığa buraxılmasını tələb edir.
Basta