Taxıl sazişi: Ukrayna öz limanlarına nəzarəti bərpa etdi

Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, taxıl ixracı ilə bağlı cümə günü imzalanmış saziş Ukraynanın maraqlarına tam cavab verir.

“Bu gün imzalanmış sənədin mətni dərc olunub və hər kəs onun bəndləri ilə tanış ola bilər. Sənəd Ukraynanın maraqlarına tam cavab verir. İndi biz nəinki Qara dənizdəki limanlarımızın işini bərpa edə, həm də onlar üçün lazımi mühafizəni saxlaya bilərik. Bu, ordumuzla və kəşfiyyatımızla işlənib hazırlanmışdır. Hərbçilər məni əmin etdilər ki, limanlarımıza 100% nəzarət edirik”.

Cümə günü İstanbulda taxıl ixracı üçün Ukrayna limanlarının açılması ilə bağlı saziş imzalanıb.

Türkiyə, BMT və Ukrayna nümayəndələrinin imzaladığı sənəd Nazirlər Kabineti tərəfindən təsdiqlənməlidir.

 

Basta