İran-Ermənistan narkotik ortaqlığı

Razim Əmiraslanlı, Müsavat başqanının müavini

Deməli, işğal zamanı Cəbrayılda İran sərhədi boyunca hektarlarla narkotik bitkilərinin əkilib, becərilməsi ilə bağlı məlumatlar var idi.
Cəbrayıl işğaldan azad edildikdən sonra narkotik fabriki də aşkar edilmişdir.

Heç kimə sirr deyil ki, İran Ermənistanla birlikdə işğal altında olan ərazilərimizi narkotik trafiki, silah alveri üçün platformaya çevirmişdi.
Qarabağ işğaldan azad edildikdən, sərhədlərimizə nəzarəti bərpa etdikdən sonra
Ermənistan-İran narkotik ortaqlığına da ciddi zərbə vuruldu.

Təssüf ki, dövlət sərhədimizin təhlükəsizliyini təmin etməyə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmağa borclu olan DSX-nin bir qrup hərbçisi külli miqdarda narkotik vasitələri İrandan Azərbaycana keçirməyə cəhd edərkən Cəbrayıl ərazisində saxlanılıblar.
Keçən həftə 4, bu gün isə 7 hərbçi saxlanılıb.

Sərhədlərimizin ciddi qorunması və nəzarət edilməsi üçün məskunlaşmanı da tezləşdirmək lazımdır. Sərhəddə yerləşən kənd və qəsəbələrimiz sürətlə bərpa edilməlidi.
Əhali işğaldan azad edilmiş ərazilərdə nə qədər tez məskunlaşsa dövlətimiz üçün də, xalqımız və əsgərlərimiz üçün də bir o qədər əhəmiyyəti var.