Arif Hacılı: “İlham Əliyevin bu sözlərinin populizmdən başqa mənası yoxdur”

İlham Əliyev deyib ki, biz öz ərazimizdə əməliyyat keçiririk və bizi heç kim durdura bilməz.

Bu sözü 44 günlük müharibə dövründə tez-tez işlədirdi. Müharibənin son günlərində də demişdi.

Amma durdurdular. Elə durdurdular ki, nəinki məğlub erməni ordusu Qarabağda qaldı, qaçıb gedənlər də döndü, hələ üstəlik rus ordusu da ərazimizə gətirildi.

Yəni bu açıqlamaların, hədə-qorxuların daxili auditoriyaya yönəlmiş populizmdən başqa mənası yoxdur.

 

Yazı Müsavat başqanı Arif Hacılının feysbuk səhifəsindən götürülüb.