Zabuxda ilk ev yandırıldı
Zabuxda ilk ev yandırıldı. Bu haqda “Hraparak” qəzeti məlumat yayıb.
Onlar Ermənistan- Xankəndi dəhlizinin yeni marşrutunun işə düşməsi ilə əlaqədar yaşadıqları evləri avqustun 25-dək boşaltmalıdırlar. Buna görə təzminat da alıblar. Ehtimal edirəm ki, həmin təminatın məbləğini Ermənistana Azərbaycan ödəyib. Təzminatın şərtlərindən biri odur ki, onlar evləri tərk edərkən, ona zərər vurmasınlar.
Amma erməni ki, erməni. Onlar Kəlbəcərdən, Ağdamdan da belə çıxmışdılar: yandıraraq və dağıdaraq. Bizim üçün bu yerlər Vətəndir, onlar üçünsə torpaq sahəsi və mülkiyyətidir.
Məhz bu gün Ermənistanda ticarət mərkəzinin yanması və tələfatın olması göylərin ermənilərə mistik bir cavabıdır. Bunu anlasalar…
Mustafa Hacıbəyli