Xameneyinin durumu ağırlaşıb?- Bir sıra vacib görüşlərinin ləğv olunduğu bildirilir
Bir sıra xarici media orqanlarında İranın rəhbəri Seyid Əli Xameneyinin vəziyyətinin ağırlaşdığı bildirilir. Lakin Tehran rəsmiləri və İran mediası məsələ ilə bağlı dəqiq açıqlama verməyib.
İran mediası rəhbərin seçilməsində məsuliyyət daşıyan “Uzmanlar Məclisinin” Əli Xameneyi ilə sentyabrın 10-u axşam saatlarına olan görüşünün ləğv olunduğunu bildirib.
“Uzmanlar Məclisi”nin üzvü Haşim Haşimzadə Herisi mediaya verdiyi açıqlamada görüşün ləğv edildiyini təsdiqləyib.
“Rəhbər müxtəlif məsələlərdən danışdığından indi söhbəti caiz saymadılar və bu görüş onların rahatlığı və vaxtının alınmaması üçün keçirilmədi”-deyə, Herisi bildirib.
İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı “Təsnim” xəbər agentliyi isə öncədən heç bir görüşün planlaşdırılmadıını və İran rəhbərinin sağlıq durumu ilə bağlı məlumatların uydurma olduğunu yazıb.
Günaz.TV