Müxalifətin işi
İlqar Atabəyli
Müxalifətin görməli olduğu ilk iş cəmiyyəti siyasi cəhətdən maarifləndirib, təşkilatlandırmaqdır. Siyasi cəhətdən yetkin cəmiyyətin üzərinə totalitarizm toru çəkmək mümkün deyil.
Elə ona görə də diktatorlar kütləni siyasətdən ayırmaq üçün bütün mövcud üsullara əl atır. Çünki siyasiləşmiş, maarifçi toplum gələcəkdə baş verəcək hadisələrin haraya varacağını dərk etdiyinə görə biganəlik sindiromundan uzaq olur.
Müxalifət tək hakimiyyət uğurunda mübarizə etməklə vəzifəsini bitmiş hesab etməməlidir. Milli-demokratik düşüncəli cəmiyyət yetirmək üçün əlində olar bütün vasitələrdən istifadə etməlidir. Hətta özünü savadlı hesab edən, intellektual şəxslər belə siyasiləşməkdən kənardadırsa, totalitarizmə müqavimək göstərməyə qadir deyildir. Bu gün ətrafımızda savadlı, lakin vətəndaşlıq borcuna qarşı biganə olan böyük bir insan kütləsi göz önündədir. Siyasiləşməkdən kənar nəyə desən getməyə hazırdır. Məhz bu savadlı, biganə və siyasətdən kənar zümrənin varlığı totalitarizmin əl-qol açmasına təkan verir.
Ilk növbədə kütlənin düşüncə tərzində inqilabi yenilənmə yaradılmalıdır. Şəxsiyyət anlayışının vətəndaşlıq kimliyindən kənarda təsəvvür etməyən bir cəmiyyətin yetişdirilməsi avtoritarizmin çöküşü deməkdir. Total quruluşu yaradan itaətkarlıq, düşüncə tərzindəki feodal ənənələrindən miras qalmış kütləvi biganəlikdir. Siyasi aktivlik mühütündə hər kəs öz yerini və səlahiyyətini çox gözəl dərk edir.
Tarixin heç bir mərhələsində xalqımız toplum halında maarifçilik mərhələsini keçməyib. Bunun nəticəsidir ki, populist şüarçılıqdan uzağa gedə bilməmişik. Şüarçılıq isə səsləndirildiyi vaxt qüvvədə olan emosianal pisxoloji hadisədir. Çox keçmədən unudulmağa məhkumdur. Siyasi cəhətdən maarifçılık yolu keçmiş cəmiyyətdə idraka əsaslanan ağılçılıq üstünlük təşkil edir. Planlaşdırılmış surətdə gələcəyin konturları çızılıb, inkişafı stimullaşdırır.
Biz ölkəmizin gələcək inkişafı naminə axtarışda olan topluma çevrilmək üçün müxalif qüvvə kimi özümüz dəyişməliyik. Kəmiyyət çoxluğu ideyasının əvəzinə, keyfiyyətli kəsim olaraq şəxsi nümunəyə çevrilməklə kütləyə ləyaqətli yaşamağın yolunu aşılamalıyıq. Toplum quru sözlərə yox, şəxsi nümunəyə daha çox inanır. Xüsusilə orta və yaşlı nəsil müxalif şəxslər bu xüsusda fərqlənməyə borclu olduğunu unutmamalıdır.
Azərbaycan xalqının milli, demokratik və ədalətli dövlət qurmağa qadir olduğuna həmişə inanmışam. Sadəcə olaraq vətəndaş kimliyimizi təsdiq etmək üçün biganəlik azarından qurtulub, inkişaf etmiş dünya düzəninə yola çıxmaqla…