Müsavat başqanı: “Ölkədə matəm elan edilməlidir”
Bir gündə 50 şəhid verdik.
Məqsəd nəymiş?
Nəticə nədir?
Biz bilmirik. Bizim bunu bilmək haqqımız yoxdur. Nəyi, nə vaxt necə və nə üçün etməyi yalnız O bilir.
Bizə demir. Çünki, kimə nəyi, nə vaxt, necə deməyi və ya deməməyi də yalnız O bilir.
Bizim bildiyimiz odur ki, azı 50 şəhidimiz, daha çox sayda qazimiz var.
Minlərlə əsgər anası, ailəsi, övladı ağır stress keçirib, sağlamlığını, həyatının illərini itirib.
Faciə baş verib.
Ölkədə matəm elan edilməlidir.
Yazı Müsavat başqanı Arif Hacılının feysbuk səhifəsindən götürülüb.