Azərbaycan erməni əsgərlərinin meyitlərini təhvil verəcək

 

Azərbaycan hökuməti Ermənistan əsgərlərinin meyitlərini birtərəfli qaydada Ermənistan tərəfinə təhvil verməyə hazır olduqları barədə Beynəlxalq Qızıl Xaç Komitəsinə məlumat verib. Bu barədə BQXK-nın Ermənistandakı nümayəndə heyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni Ermənistanın News.am agentliyinə müsahibəsində bildirib.

Eyni zamanda BQXK-nın nümayəndəsi söhbətin neçə  cəsəddən getdiyini dəqiqləşdirməyib.

“Prosesin davamı tərəflərin razılığından asılıdır, bu, vasitəçi və ya başqa formatda həyata keçirilə bilər. Biz humanitar vasitəçi kimi çıxış etməyə hazırıq, lakin bunun üçün tərəflərin razılığı lazımdır. Yəni bunu bəyan edə bilərlər, amma bu hərəkəti birbaşa – vasitəçisiz də həyata keçirə bilərlər. İrəvan və Bakı nümayəndə heyətlərinin təmsil etdiyi təşkilatımız belə bir humanitar akta qoşulmağa və dəstək verməyə hazırdır. Biz bu və digər humanitar məsələlərlə bağlı Ermənistan hakimiyyəti ilə dialoq aparırıq”, – Amatuni bildirib.

Məlumatda qeyd edilir ki, Azərbaycan tərəfi sentyabrın 13-dən etibarən döyüşlər zamanı həlak olan Ermənistan Silahlı Qüvvələrinin 100-dək əsgərinin meyitini birtərəfli qaydada Ermənistana təhvil verməyə hazır olduğunu açıqlayıb.

Basta