Bakının azad olunmasından 104 il ötür
Sentyabrın 15-də Bakının erməni-rus işğalından azad olunmasından 104 il ötür.
1918-ci il sentyabrın 15-də Nuru Paşanın komandanı olduğu Qafqaz İslam Ordusu və Azərbaycan Cümhuriyyətinin korpusu Bakını daşnak-bolşevik işğalından azad edib.
Bununla Bakı Azərbaycan Cümhuriyyətinin paytaxtına dönüb.
Buna qədər 1918-ci il mayın 28-də elan edilən Xalq Cümhuriyyətinin paytaxtı Gəncə idi. Şəhər azad edildikdən cəmi iki gün sonra, yəni, sentyabrın 17-də Cümhuriyyət hökuməti Gəncədən Bakıya köçüb.
Azərbaycan tarixçilərinin fikrincə, əsası Osmanlı torpaqlarında qoyulan Qafqaz İslam Ordusu tək Bakının işğaldan azad edilməsində iştirak etməyib.
“Bu ordu Şamaxı, Göyçay və bir çox yerlərdə azərbaycanlıların kütləvi şəkildə qırılmasının qarşısını alıb”- deyə, tarixçilər bildirirlər.
Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də qurulub.1920-ci ildə Rusiyanın silahlı müdaxiləsi ilə süqut edib. Azərbaycan müstəqilliyinə bir də 1991-ci il oktyabrın 18-də qovuşub.