Əliyev və Ərdoğan Putinlə görüşəcəklər
Türkiyə Prezidenti Recep Tayyip Recep Erdoğan və Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan sərhədindəki gərginliyi müzakirə edəcək, Reuters xəbər verib.
Onlar sentyabrın 15-16-da keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitində danışacaqlar.
Səmərqənddə Rusiya və Azərbaycan liderlərinin də görüşü keçiriləcək. Modern.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, İlham Əliyev və Vladimir Putin görüşdə Azərbaycan-Ermənistan sərhədindəki son hadisələri müzakirə edəcəklər.
Qeyd edək ki, bu gün İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçılarının Zirvə görüşündə iştirak etmək üçün Səmərqəndə gedib.
Ermənistan Baş naziri Nikol Paşinyan həmin tədbirə getməyəcəyini açıqlayıb.