İranda etiraz dalğası getdikcə böyüyür: xəsarət alanlar var – Video
Sentyabrın 19-u Məhsa Əmininin öldürülməsinə görə, İranın üç əyalətində etiraz aksiyaları keçirilib.
Kürdüstan, Kirmanşah əyalətlərində başlanan aksiyalara dəstək məqsədilə bir çox şəhərlərdə bazar və mağazalar bağlanıb. İş adamları etirazçılara dəstək nümayiş etdiriblər.
Məlumata görə, bununla yanaşı Qərbi Azərbaycan əyalətinin cənub bölgəsinin iki şəhərində də, mağazaların bağlanıb və aksiyaçılarla həmrəylik nümayiş etdirilib.
Qeyd edək ki, İran rəsmilərinin Məhsa Əmininin döyülmədiyi barədə iddialarından sonra haker qruplarından biri onun tomoqrafiyasından görüntülər yayıb.
Görüntülərdə kəllə sümüyünə birbaşa zərbə nəticəsində başının sağ tərəfində kəllə sınığı görünür.
Gunaz TV-nin məlumatına görə, sentyabrın 16-ı günortadan sonra Məhsa Əmininin ölməsindən sonra başlayan etiraz aksiyalarında onlarla nəfər həbs edilib. Sənəndəc və Saqqız şçəhərlərində çox sayda insanın xüsusi təyinatlı qüvvələrin birbaşa atəşi nəticəsində yaralandığı, onlardan bəzilərinin durumunun ağır olduğu bildirilir.
Basta