Azərbaycanda daha bir icra hakimiyyətində əməliyyat keçirilir

Kürdəmir Rayon İcra Hakimiyyətində əməliyyat keçirilir.

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat vətəndaşlardan daxil olan şikayətlər əsasında aparılır.

Saxlanılanların olduğu bildirilir.

Bundan başqa, qeyd edilir ki, icra hakimiyyəti ilə yanaşı, bir neçə dövlət qurumunda da əməliyyat keçirilir.

Baş prokurorluq oxu.az-ın sorğusuna cavab olaraq xəbəri təsdiqləyib və əlavə məlumat veriləcəyini bildirib.

Oxu.az