Qarabağda yaşayan ermənilərə Rusiya vətəndaşlığı veriləcək?
Qarabağda fəaliyyətini davam etdirməkdə olan separatçı rejim “konstitusiyanı” dəyişdirməyi və bura ikili vətəndaşlıq hüququnun əlavə edilməsini planlaşdırır.
“Hraparak” qəzetinin yazdığına görə, həmin dəyişiklikdən sonra Qarabağda yaşayan ermənilər başqa dövlətin də vətəndaşlığını qəbul edə biləcəklər. Amma söhbət heç də ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etməsindən getmir.
“Məqsəd odur ki, Rusiya pasportu əldə etmək istəyən Artsax sakinləri konstitusiya ilə təmin edilmiş bu imkandan yararlansınlar” – deyə, dəyişikliyin səbəbi izah edilir.
Qeyd edilir ki, ləklif olunan layihədə başqa dövlətlərin vətəndaşları və vətəndaşlığı olmayan şəxslərin Qarabağda daşınmaz əmlak və torpaq almasının qadağan edilməsi də nəzərdə tutulur.
Basta