Ermənistan vs Ukrayna – 0:5

Futbol üzrə Ukrayna millisi UEFA Millətlər Liqasının beşinci turunun matçında Ermənistanı məğlub edib. Səfər matçı 5:0 hesabı ilə “göy-sarılar”ın xeyrinə başa çatıb.

Millətlər Liqasının III turunda da Ukrayna Ermənistanla qarşılaşıb.  Ukraynadakı genişmiqyaslı müharibə fonunda həmin matç Kiyevdə yox,  Polşanın Lodz şəhərində keçirilmişdi. Ukrayna millisi həmin oyunda da rəqibini böyük hesabla məğlub edə bilmişdi.

 

Basta