Makron: “Ermənistan-Azərbaycan sərhədində son toqquşma Rusiyanın təxribatıdır”

Fransa prezidenti Emmanuel Makron Rusiyanı Qafqaz regionunda və onun hüdudlarından kənarda sabitliyi pozmaqda ittiham edib. O deyib ki,  Ermənistan və Azərbaycan arasında baş vermiş son toqquşmalar Rusiyanın “məqsədli təxribatının” nəticəsidir, Reuters xəbər verir.

“Son iki ildə sərhəddə (Ermənistan) nə baş verir… Guya sərhədi 5 min rus əsgəri qoruyur, amma ruslar bir neçə əsrdir davam edən bu münaqişədən sui-istifadə edərək Azərbaycan oyununu oynadılar”, – Makron bildirib.

“Bu, Rusiyanın sabitliyi pozmaq cəhdidir. O, Qafqazda qarışıqlıq yaratmaq istəyir”.

Makron Fransanın Ermənistanı müdafiə etdiyini deyib: “Azərbaycan sərhəd boyu bir neçə yerdən hücuma keçib. Biz onları qınadıq. Biz erməniləri müdafiə edəcəyik”.

O xatırladıb ki, Fransanın və Avropa Şurası rəhbərinin vasitəçiliyi ilə Praqada Avropa Birliyinin sammiti çərçivəsində Ermənistan və Azərbaycan liderlərinin görüşü baş tutub. “Bu, yeri gəlmişkən, Ermənistanın baş nazirinə müasir tarixdə ilk dəfə Türkiyə prezidenti ilə görüşməyə imkan verdi”, – deyə Makron qeyd edib.

Basta