Müsavat Divanının gündəliyi
Oktyabrın 17-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
İclasda partiya başqanı Arif Hacılı Azərbaycanın Müstəqilliyinin bərpa olunmasının 31-ci ildönümü münasibətilə Divan üzvlərini təbrik edib. Oktyabrın 18-də saat 12:00-da milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin məzarının ziyarət ediləcəyi bildirilib.
İclasda görülən işlər barədə məlumat verilib: Qəhrəmancasına şəhid olmuş Müsavat üzvü Teymur Abbaslının məzarı ziyarət edilib; partiyanın Gəncə şəhər təşkilatının hesabat-seçki yığıncağı keçirilib; Müsavat başqanının partiya fəalları ilə görüşü yüksək qiymətləndirilib.
Ukraynada son durum, regionda və dünyada gedən proseslər barədə fikir mübadiləsi aparılıb.
İranda etirazçılara qarşı sərt repressiyalara və hökümət qüvvələri tərəfindən 200-dən çox insanın öldürülməsinə baxmayaraq aksiyaların səngimədiyi qeyd edilib.
Sonda cari məsələlər müzakirə olunub.
Basta