Rusiyalı general: “Xersonla bağlı çətin qərarlar verilə bilər”
Rusiyanın Ukraynadakı işğalçı qüvvələrinin yeni komandanı Sergey Surovikin Ukrayna Silahlı Qüvvələrinin işğal olunmuş Xersona yaxınlaşması ilə bağlı “çətin qərarlar”ın qəbulunu istisna etmir.
Surovikin çərşənbə axşamı jurnalistlərlə söhbətində belə deyib: “Xersonla bağlı gələcək addımlar yaranan hərbi-taktiki vəziyyətdən asılı olacaq, bu, sadə deyil və çətin qərarların qəbulu da istisna edilmir”.
Surovikin həmçinin Ukrayna Silahlı Qüvvələrinin Xersonda su elektrik stansiyasının bəndlərinə raket zərbəsi endirə biləcəyini və guya əhalinin şəhərdən buna görə “evakuasiya ediləcəyini” açıqlayıb.