Rusiyada təyyarə qəzasının “səbəbi” açıqlandı: günahkar qağayılardır

 

Rusiyada belə qənaətə gəliblər ki, Yeysk şəhərində 15 nəfərin ölümü ilə nəticələnən hərbi təyyarənin qəzaya uğramasının səbəbi qağayıların bombardmançı təyyarənin mühərrikinə girməsi olub.

Bu haqda TASS özəl mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, uçuş vaxtı Su-34 bombardmançı təyyarəsinin mühərrikinə iki qağayı girib.  Təyyarənin qalıqlarına baxış zamanı, quşların qalıqları aşkar edilib.