Anar Rzayev daha 5 il müddətinə Yazıçılar İttifaqının sədri seçilib
Bu gün, oktyabrın 26-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayında qurum sədrinin seçilməsi ilə bağlı səsvermə keçirilib.
Səsvermə nəticəsində yeganə namizəd Anar Rzayev daha 5 il müddətinə AYB sədri seçilib.
Digər iki namizəd – Emil Rasimoğlu və Fuad Cəfərlinin namizədlikləri səsə qoyulmayıb.
Xatırladaq ki, yazıçı Anar Rzayev 1987-ci ildən AYB-nin sədridir.