“10 min dollardan yuxarı kreditlərə güzəştlər tətbiq edilməlidir” – Deputat
“İnflyasiyanı yaradan amillər sırasında monopoliyanın adı çəkilmir”.
Oxu.Az bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Əli Məsimli deyib.
O qeyd edib ki, Azərbaycanda monopoliyanın mövcudluğu süni bahalaşmanın yaranmasına səbəb olur.
Deputatın sözlərinə görə, sahibkarların aldığı 10 min dollardan yuxarı kreditlərə güzəştlər tətbiq edilməsi vacibdir.
Əli Məsimli 2023-cü ildə müavinət, pensiya və əməkhaqlarının artırılacağını xatırladıb. O sual edib:
“Bu artımlar əhalinin maliyyə itkilərini kompensasiya edə biləcəkmi?”
Deputat bildirib ki, Azərbaycandan fərqli olaraq dünyada gömrük sistemi fiskal siyasət üzərində qurulmayıb.