Ukrayna Rusiyanın Xersonu döyüşsüz tərk edəcəyinə inanmır
Rusiyanın müdafiə naziri Sergey Şoyqu qoşunların Xersondan çıxarılmasını əmr edib. Əmrə əsasən, rus bölmələri Dnepr çayının sol sahilinə gedəcək. Lakin Ukrayna Rusiyanın Xersonu döyüşsüz tərk edəcəyinə inanmır.
Ukrayna prezidenti Vladimir Zelenski əhaliyə son müraciətində Rusiya Müdafiə Nazirliyinin qoşunların Xersondan çıxarılması ilə bağlı açıqlamasına münasibət bildirib: “Heç kim güc hiss etməsə, heç bir yerdən getməz. Düşmən bizə hədiyyə vermir, “xoş niyyət jestləri” etmir. Biz bütün bunlar üçün mübarizə aparırıq. Ona görə də biz çox diqqətli, emosiyalar olmadan, lazımsız risk etmədən hərəkət edirik”.
Bundan əvvəl Ukrayna prezidentinin müşaviri Mixail Podolyak bildirib ki, Ukrayna Rusiyanın Xersonu döyüşsüz tərk etdiyinə dair heç bir əlamət görmür. Podolyak sözlərinə görə, rus qoşunlarının qruplaşması hələ də şəhərdədir və Rusiya ehtiyat qüvvələrin toplanılmasını davam edir.
Basta